:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Arsenal"ın futbolçusu Monreal "Real Sosyedad"a keçməyə yaxındır

Font

İngiltərənin "Arsenal" futbol klubunun müdafiəçisi Naço Monreal İspaniyanın "Real Sosyedad" klubuna keçməyə yaxındır.

"Gazeta.ru" verdiyi məlumata görə, 33-yaşlı müdafiəçinin nümayəndələri artıq İspaniya klubu ilə danışıqlar aparırlar.

Bildirilir ki, futbolçunun "Real Sosyedad" ilə müqaviləsi 2 il müddətinə nəzərdə tutulacaq.

Qeyd edək ki, N.Monreal 2013-cü ildən "Arsenal"da çıxış edir. Futbolçu 3 dəfə İngiltərə Kubokunu və 3 dəfə İngiltərə Superkubokunu qazanıb. Ümümulikdə komandanın heyətində 251 oyun keçirən N.Monreal 10 qol və 20 qol ilə nəticələnən ötürmə ilə yadda qalıb.