:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yeni "Samsung Galaxy Note 10" smartfonunun satışına başlanılıb

Font

Bu, Samsung smartfonunun 5G-ni dəstəkləyən ikinci modelidir

"Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.

TASS xəbər verir ki, smartfon bu gündən Cənubi Koreya, ABŞ, Avropa ölkələrində, eləcə də Cənub-Şərqi Asiyada satışa çıxarılacaq. Sentyabr ayında bu siyahı 130 ölkəyə qədər genişləndiriləcək.

Çərşənbə axşamı korporasiya bir milyondan çox cənubi koreyalının "Galaxy Note 10" üşün əvvəlcədən sifariş verdiyini və bu rəqəmin 2018-ci ildə buraxılmış əvvəlki "Note 9" modelinin göstəricisindən iki qat çox olduğunu açıqlayıb. 6,3 düymlük ekrana malik "Note 10"un Cənubi Koreyadakı qiyməti 1,2 milyon von (1025 ABŞ dolları), 6,8 düymlük ekrana malik modelin qiyməti isə 1,5 milyon vondur (1250 ABŞ dolları).

Qeyd edək ki, Bu, "Samsung" smartfonunun 5G məlumatların yüksək sürətlə ötürülməsi standartını dəstəkləyən ikinci modelidir.