:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək

Font

Bu ilin avqustun 26-dan sentyabrın 15-ə qədər Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq.

Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.