:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Həsən Ruhani: "Tehran və Vaşinqton arasındakı problemlər strateji xarakter daşıyır"

Font

Tehran və Vaşinqton arasındakı problemlər strateji xarakter daşıyır və dünya düzəninə fərqli baxışa əsaslanır.

"RİA Novosti" verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani İranın müdafiə sənayesi günü ilə bağlı çıxışı zamanı deyib.

"ABŞ-la aramızda olan problem iqtisadi və siyasi xarakteri olmayan bir problemdir. Problem strateji və dünyaya fərqli baxış üzərində qurulub", - deyə H.Ruhani bildirib.

İran Prezidenti ölkələrin bir-birinin hüquqlarına hörmət etməyəcəyi təqdirdə sülh və təhlükəsizliyin mümkün olmayacağını qeyd edib.

H.Ruhani gücə "məntiq" ilə reaksiya verməyin mümkünsüzlüyünü qeyd edərək, rasionallığa yalnız rasional olaraq, gücə güclə cavab verməyin lazım olduğunu deyib. İran Prezidenti hazırda ölkəsinin güclərini səfərbər etməli olduğu bir şəraitdə olduğunu əlavə edib.

H.Ruhani İranla ziddiyyətləri olan dövlətlərlə əməkdaşlıq etməyə və onların həlli üçün dialoq aparmağa hazır olduğunu vurğulayıb.