:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Araz Ağalarovun qardaşı qızının evi qarət olundu

Font

Tanınmış biznesmen Araz Ağalarovun qardaşı qızı, iş qadını Səbinə Ağalarovanın Rusiyadakı evi qarət olunub.

REN TV xəbər verir ki, Leninsk prospektində yerləşən mənzildən 1 milyon rubl (26 min AZN), 25000 ABŞ dolları oğurlanıb.

Bundan başqa, oğrular Səbinə Ağalarovanın 2 ədəd xəz paltosunu aparıblar.

Maraqlı orasındadır ki, oğurluq edənlər xanımın qızıl və qiymətli bəzək əşyalarına dəyməyiblər.

Faktla bağlı Rusiya polisi araşdırmalara başlayıb.