:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nursultan Nazarbayev bəstələdiyi mahnı üçün klip çəkdirib - VİDEO

Font

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev bəstələdiyi mahnı üçün klip çəkdirib.

"Kazinform” verdiyi xəbərə görə, video Nursultan Nazarbayevin "Instagram” səhifəsində paylaşılıb.

Sözləri Nazarbayev tərəfindən yazılan mahnının musiqisini Altınbek Korazbayev bəstələyib.

N.Nazarbayevin zümzüməsi ilə başlayan mahnı arxa fonda peşəkar sənətçilər tərəfindən ifa edilir.

"Mən bir çox ölkələrdə olmuşam. Ancaq onlardan heç birini doğma Qazaxıstan torpağımla, Alatau ətəyindəki üç təpə ilə müqayisə etmək olmaz. Uşaqlığım burada keçdi, köklərim buradadır", - mahnının sözlərində deyilir.

Qeyd edək ki, 78 yaşlı sabiq prezident N. Nazarbayev bu ilin martın 19-da dövlət başçısı vəzifəsindən istefa verib.

Zümrüd Paşkin