:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya diplomunun Azərbaycanda tanınmasına dair saxta şəhadətnamə hazırlanıb

Font

Rusiya ali məktəbinin diplomunun Azərbaycanda tanınmasına dair saxta şəhadətnamə hazırlanıb.

Hadisə Bakının Nizami rayonunda qeydə alınıb.

Hüquq-mühafizə orqanlarına daxil olan məlumata görə, Bakı sakini 1994-cü il təvəllüdlü L.Babayevaya Rusiya Federasiyasının İvanov adına universiteti tərəfindən verilən diplomun Azərbaycan Respublikasında tanınmasına dair şəhadətnamə saxtalaşdırılıb.

Aparılan araşdırmalar zamanı fakt öz təsdiqini tapıb və saxta sənədlərin kim tərəfindən verildiyi məlum olub.

Araşdırmalar davam etdirilir.