:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Instagram" istifadəçilərə saxta xəbər haqqında xəbərdarlıq etməyə icazə verəcək

Font

"Instagram" sosial şəbəkəsi istifadəçilərə şübhəli məzmun haqqında xəbərdarlıq bildirməyə icazə verən yeni funksiyanı işə salacaq.

Bu barədə "İzvestiya.ru"ya istinadən xəbər verir,

Qeyd edilir ki, istifadəçilərin xəbərdarlığından sonra mütəxəssislər göstərilən məlumatların etibarlılığını təhlil edəcəklər.

Funksiya hər postun sağ yuxarı küncündə "üç nöqtə" düyməsinə basılma vaxtı açılan menyuya salınacaq. Orada "uyğun olmayan məlumatlar" düymələri və "yanlış informasiya" olacaq. Ekspertlər saxta xəbər haqqında mesajdan sonra materialı yoxlayacaqlar.

Mötəbər olmayan informasiyanı özündə saxlayan tanınmış postlar silinməyəcək. Ancaq onların yayılması imkanı məhdudlaşdırılacaq.