:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çempionlar Liqasında pley-offun cütləri dəqiqləşib

Font

Çempionlar Liqasında pley-off mərhələsinin cütləri müəyyənləşib.

III təsnifat mərhələsi başa çatdıqdan sonra növbəti raunda vəsiqə qazanan 10 komanda bəlli olub.

Bu komandalar və əvvəlki mərhələlərdən azad olan iki klub pley-offun cütlərini təşkil edib. Bunlardan dördü Çempionlar yolu, ikisi Liqa yolunun cütüdür.

Pley-offdakı 12 klub qrupdakı yerini təmin edib. Qalib olanlar Çempionlar Liqası, uduzanlar Avropa Liqasında qrupda oynayacaq.

Azərbaycan çempionu "Qarabağ” isə III təsnifat mərhələsində uduzduğundan Avropa Liqasına yuvarlanıb.

Qeyd edək ki, pley-offun oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
"Dinamo” (Xorvatiya) - "Rusenborq” (Norveç)
ÇFR (Kluj, Rumıniya) - "Slaviya” (Çexiya)
"Yanq Boyz” (İsveçrə) - "Srvena Zvezda” (Serbiya)
APOEL (Kipr) - "Ayaks” (Hollandiya)
Liqa yolu
LASK (Avstriya) - "Brügge” (Belçika)
"Olimpiakos” (Yunanıstan) - "Krasnodar” (Rusiya)