:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ərəblərin kirayə yaşadığı evə basqın olub: turistləri hədələyib pul və telefonlarını alıblar

Font

Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulublar. Hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər.

Hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.Avqustun 7-də isə DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə biri qadın olmaqla şübhəli bilinən 4 nəfər tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır, zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.