:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Venesuela hökuməti müxalifətlə danışıqları dayandırıb

Font

Venesuela hökuməti müxalifətlə avqustun 8-9-da Barbadosda keçirilməsi planlaşdırılan görüşə nümayəndə göndərməyəcək.

Bu barədə Venesuela Prezidenti Nikolas Maduro "Twitter”də yazıb.

Prezident N. Maduro bildirib ki, ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Venesuelaya qarşı aqressiv siyasətini və müxalifətin bu siyasəti dəstəkləyən hərəkətlərini gördükdən sonra müxalifətlə danışıqları dayandırmaq qərarına gəlib.