:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu gündən Rusiya və Türkiyə arasında viza rejimi qismən ləğv edilir

Font

Bu gündən etibarən Türkiyə ilə Rusiya arasında viza rejiminin qismən qaldırılması ilə bağlı qərar qüvvəyə minir. 

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. 

Açıqlamada qeyd olunub ki, iki ölkə arasında viza məsləhətləşmələri çərçivəsində xidməti və xüsusi pasport sahiblərinə qarşılıqlı olaraq viza azadlığı verilib. Hər iki ölkənin xidməti və xüsusi pasport sahib vətəndaşları Rusiya və Türkiyəyə sərbəst səfər edə biləcəklər.