:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Patruşev: "ABŞ dünyada üstünlüyünü təmin etmək üçün müqavilələrdən çıxır"

Font

"Rusiya ümid edir ki, ABŞ da orta və yaxın mənzilli raketlərin yerləşdirilməsindən imtina edəcək, lakin rəsmi Vaşinqton bunu etmir”.

"RİA Novosti” verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, Rusiya elan edib ki, ilk olaraq heç yerdə silah yerləşdirməyəcək: "Çox istərdik ki, amerikalılar da analoji bəyanatla çıxış etsinlər, amma onlar bunu etmirlər”.

N. Patruşev xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ silahının istehsalı, sınağı, yerləşdirilməsinə nəzarət etməyi tapşırıb.

O bildirib ki, ABŞ Rusiyanın milli təhlükəsizliyinə təhlükə yaradacaq silahları yerləşdirməyə başlasa, Rusiya silahın harada və hansı həcmdə yerləşdirilməsindən asılı olaraq, buna adekvat reaksiya verəcək.

"ABŞ silahların məhdudlaşdırılmasına dair müqavilələrdən çıxmaqla dünyanın hər bir nöqtəsində üstünlüyə nail olmaq istəyir, lakin buna imkan vermək olmaz. Rəsmi Vaşinqtonun sazişdən çıxması dünyada xaosa gətirib çıxaracaq. Sadəcə strateji hücum silahları ilə bağlı müqavilə qüvvədə qalır. Artıq onlar bildiriblər ki, 2021-ci ildə bu müqavilədən də çıxmaq məsələsini nəzərdən keçirirlər”, - Təhlükəsizlik Şurasının katibi qeyd edib.

N. Patruşev vurğulayıb ki, ABŞ dünyada öz üstünlüyünü təmin etmək üçün müqavilələrdən çıxır: "Bu müqavilələr qüvvədə olduğu zaman, onlar dünyanın hər bir nöqtəsində açıq-aşkar üstünlüyə malik olmurlar. Bu müqavilələr qüvvədə olmadıqda isə, onlar hər bir yerdə, hər bir rəqibinə qarşı silah yerləşdirəcəklər. Bu isə xaosa gətirib çıxaracaq, çünki digər ölkələr də belə hallara reaksiya verəcək”.

Qeyd edək ki, avqustun 2-də ABŞ rəsmən orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxıb. Buna səbəb olaraq isə Rusiyanın müqaviləni pozması göstərilib.