:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ərdoğan: “S-400-ün NATO və F-35-ə zərər verəcəyi ilə bağlı əsaslı sübut yoxdur”

Font

"Rusiyadan S-400 zenit raket kompleksinin alınması NATO və F-35-ə zərər verəcəyi ilə bağlı hər hansı əsaslı sübut yoxdur”.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin səfirləri ilə görüşdə çıxışı zamanı deyib.

Türkiyənin dövlət başçısı bildirib ki, NATO və Avropa İttifaqının (Aİ) üzvü olan bir sıra dövlətlər Rusiyadan hava hücumundan müdafiə sistemləri alsalar da, Türkiyədən fərqli olaraq, onlarla bağlı hər hansı problem yaranmayıb.