:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xaçmazda güclü külək bir sıra fəsadlar törədib

Font

Xaçmaz rayonunda güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, səhər saatlarından rayon ərazisində başlayan güclü külək nəticəsində rayon mərkəzində və kəndlərdə irigövdəli ağacları kökündən qoparaq aşıb.

Həmçinin, güclü külək rayonun Xudat şəhəri və ətraf kəndlərinə gedən elektrik xəttlərini sıradan çıxarıb.

Yalama-Nabran 30 kilovoltluq hava xəttinin üzərinə ağac düşüb. Bir neçə elektrik dirəyi küləyin təsirindən aşıb. Xudat ərazisində və rayonun əksər kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda "Azərişıq" ASC-nin Xaçmaz şöbəsinin əməkdaşları və qəza briqadası dəyən ziyanın və fəsadların aradan qaldırılması ilə məşğuldur.