:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb

Font

Ötən ay Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 13.1% artıb.

Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Mariam Kvrivişvili bildirib ki, iyul ayı ərzində Gürcüstanı 1 099 474 nəfər əcnəbi turist ziyarət edib.

Onun sözlərinə görə, bu isə 2018-ci ilin analoji dövrü ilə müqaisədə 5.8% çoxdur.

M. Kvrivişvili qeyd edib ki, iyul ayında Rusiyadan Gürcüstana gələn turistlərin sayında 6.4% azalma müşahidə olunub.