:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Paytaxtda 2,9% inflyasiya qeydə alınıb

Font

Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhəri üzrə məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb.

Bakı şəhər Statistika İdarəsi verdiyi məlumata görə, bu ilin ilk 6 ayıında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,9% artıb.

Həmçinin bu dövr ərzində paytaxtda o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,5%, əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 4,6% artıb.