:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyə XİN: Vizanın ləğvi “Bir millət, iki dövlət” şüarını bir daha təsdiqlədi

Font

"Qardaş Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ilə "Bir millət, iki dövlət” şüarı bir daha öz təsdiqini tapdı. Çox sevincliyik ki, vətəndaşlarımız üçün viza rejimi ləğv edildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla, aidiyyəti şəxslərə təşəkkür edirik”.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hami Aksoy deyib.

"Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi qərarını yüksək qiymətləndiririk. Vətəndaşlarımızın sərbəst gediş-gəlişinin təmin olunması hər iki tərəfin çoxdan gözlədiyi bir an idi”, - H. Aksoy vurğulayıb.

Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.