:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Neftçi" "Arsenal"a qalib gələrək, mərhələ adlayıb,"Qəbələ" isə avrokubokla vidalaşıb

Font

Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Paytaxt təmsilçisi II təsnifat mərhələsində Rusiyanın "Arsenal” klubunu mübarizədən kənarlaşdırmaqla buna nail olub.

Azərbaycanın ən titullu komandası ötən həftə səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Tula təmsilçisinə cavab görüşündə də qalib gəlib. "Neftçi” doğma "Bakcell Arena”da rəqibini darmadağın edərək 3:0 hesablı qələbə qazanıb.

Qarşılaşmadakı qollara Rauf Əliyev, penaltini dəqiq yerinə yetirən Dario Frederiko və Mamadu Mbodj imza atıb.

Bu, I təsnifat mərhələsində Moldova "Speranta”sını iki dəfə (3:0, 6:0) yenən bakılıların ardıcıl 4-cü quru hesablı qələbəsi olub. Bunlardan üçü böyükhesablı qələbədir. Matç "Neftçi”nin kapitanı Emin Mahmudovun zədələnərək meydanı tərk etməsi ilə də yadda qalıb. O, ikinci hissənin gedişində oyunu davam etdirə bilməyib.

Qeyd edək ki, "Neftçi” III təsnifat mərhələsində İsrailin "Bney Yehuda” klubu ilə görüşəcək. Bu oyunlar avqustun 8-də və 15-də keçiriləcək.

"Qəbələ” avrokuboklarda mübarizəni dayandırıb.

Azərbaycan kubokunun qalibi Avropa Liqasının II təsnifat mərhələsini adlaya bilməyib.

Yarışa bu raunddan başlayan Sənan Qurbanovun yetirmələri Gürcüstanın "Dinamo” klubu ilə cavab oyununda da uduzub. Evdə iki cavabsız qol buraxan "Qəbələ” Tbilisidəki görüşdə 0:3 hesabı ilə məğlub olub. Meydan sahibləri hər üç qolu fasilədən sonra vurublar.