:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ali məktəblərə imtahansız qəbul olunan abituriyentlərin sayı açıqlanıb - SİYAHI

Font

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olunan abituriyentlər haqqında statistikalar açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə,2019/2020-ci tədris ilində 3 nəfər incəsənət sahəsi üzrə, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan Internatıonal Baccalaureate təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olunub.

Müsabiqədən kənar qəbul olunan abituriyentlər dövlət sifarişi əsasında təhsil alacaqlar. Digər müsabiqə iştirakçılarının nəzərinə çatdırırıq ki, "Abituriyent” jurnalının 4 saylı buraxılışında təqdim olunan dövlət sifarişli yerlərdən müvafiq ixtisaslar üzrə 99 yer artıq tutulub.

Həmin abituriyentlər aşağıdakı ixtisaslara qəbul olunublar:

Abituriyentsayıİxtisasın kodu,DSAli təhsil müəssisəsinin adıİxtisasın adı
1111528Bakı Dövlət UniversitetiCoğrafiya müəllimliyi
1112135Bakı Dövlət UniversitetiAzərbaycan dili və ədəbiyyatı müəllimliyi
4112151Bakı Dövlət UniversitetiTarix müəllimliyi
1112484Bakı Dövlət UniversitetiPolitologiya
1112735Bakı Dövlət UniversitetiKimya müəllimliyi
2112873Bakı Dövlət UniversitetiBiologiya (tədris ingilis dilində)
1114582ADNSUKompüter mühəhdisliyi (tədris ingilis dilində)
1122422Azərbaycan Dövlət Pedaqoji UniversitetiKimya və biologiya müəllimliyi
1122569Azərbaycan Dövlət Pedaqoji UniversitetiTarix və coğrafiya müəllimliyi (Şəki filialı)
1126238Azərbaycan Dillər UniversitetiRegionşünaslıq (Norveç üzrə)
1128141Bakı Mühəndislik UniversitetiElektroenergetika mühəndisliyi
1128174Bakı Mühəndislik UniversitetiElektrik mühəndisliyi
4129113Dövlət İdarəçilik AkademiyasıKompüter elmləri
1132134Bakı Musiqi Akademiyasıİnstrumental ifaçılıq
1136558Bakı Xoreoqrafiya AkademiyasıXoreoqrafiya sənəti (baletmeyster)
1136599Bakı Xoreoqrafiya AkademiyasıXoreoqrafiya sənəti (baletmeyster)
3141158Bakı Ali Neft MəktəbiProseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində)
2141174Bakı Ali Neft MəktəbiKimya mühəndisliyi (tədris ingilis dilində)
3137132ADBTİAFiziki tərbiyə və çağırışaqədərki hazırlıq
12137149ADBTİABədən tərbiyəsi və idman
37137157ADBTİAMəşqçi (idman növü üzrə)
16137165ADBTİAMəşqçi (idman növü üzrə)
1142754Naxçıvan Dövlət UniversitetiBədən tərbiyəsi və idman
1145613Gəncə Dövlət UniversitetiBədən tərbiyəsi və idman
1145621Gəncə Dövlət UniversitetiBədən tərbiyəsi və idman

1 nəfər Internatıonal Baccalaureate təhsil proqramı məzunu isə ADA Universiteti "Beynəlxalq münasibətlər" ixtisasına (təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir) qəbul olunub.

5 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən 12 nəfər "Kompüter elmləri", 5 nəfər "Kompüter mühəndisliyi", 3 nəfər "İnformasiya texnologiyaları", 22 nəfər "İqtisadiyyat", 21 nəfər "Beynəlxalq münasibətlər", 36 nəfər "Biznesin idarəolunması", 5 nəfər isə "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə ADA Universitetinə qəbul olub.