:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ÜST: Azərbaycanda yoluxucu olmayan xəstəliklərin əsas səbəbi yüksək qan təzyiqi və artıq çəkidir

Font

Avqustun 1-də Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişikliklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün dəvət olunan dörd günlük missiyanın nəticələri ilə bağlı dəyirmi masa keçirib.

Tədbirdə çıxış edən ÜST-ün Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı bildirib ki, Azərbaycan səhiyyə sisteminin, xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atır və ÜST mütəxəssislərinin köməyilə bu məsələdə ölkəyə yardım göstərməkdən qürur duyur.

Onun sözlərinə görə, Azərbaycanda 30-70 yaş arasındakı insanlarda yoluxucu olmayan xəstəliklərlə bağlı ölüm faktı 22 faiz ətrafındadır: "Bu xəstəliklərin əsas səbəbi qan şəkərinin və qan təzyiqinin yüksək olması, siqaret istifadəsi və artıq çəkidir. Missiyamız bu ölümlərin sayının azaldılmasını əhatə edir".

Qeyd edilib ki, bu ilin əvvəlindən ÜST peşəkar bələdçiliyi və texniki bilikləri ilə birbaşa müşahidə imkanları yaradaraq milli texniki ekspertlərin təcrübəsi və öz mütəxəssislərindən ibarət texniki missiyanın tövsiyələri ilə Azərbaycanı bu sahədə dəstəkləyir. Növbəti addım Azərbaycana uyğun ən yaxşı modeli hazırlamaq üçün ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi ilə bağlı pilot layihə üzərində işləməkdir.