:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu il DİM-in keçirdiyi imtahanlarda 500 mindən artıq şəxs iştirak edib

Font

2019-cu ilin birinci yarım ilində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ümumi təhsilin ümumi və tam orta təhsil səviyyələri üzrə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, rezidenturaya qəbul, orta hərbi təhsil müəssisələrin qəbul, dövlət qulluğuna və dövlət orqanlarına işə qəbul, eləcə də digər imtahanlarda 500 mindən artıq şəxs iştirak edib.

Bu barədə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin növbəti iclasında çıxışı zamanı bildirib.

M. Abbaszadə qeyd edib ki, bu imtahanların təşkili və keçirilməsi ilə əlaqədar Mərkəz tərəfindən fasiləsiz olaraq kompleks tədbirlər həyata keçirilib.