:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Prokurorluq: Zaqatalada 17 yaşlı qızın intiharının səbəbləri istintaq yolu ilə araşdırılır

Font

Zaqatalada baş verən intiharın səbəbləri araşdırılır.

Zaqatala rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 30-da rayonun Əliabad qəsəbə sakini Gülər İsmayılovanın yaşadığı evin həyətində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri hazırda istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, məlum hadisə ilə bağlı APA iyulun 30-da xəbər yayıb. 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb.

Yayılan məlumatlara görə, ailəsi 17 yaşlı G.İsmayılovanı sevmədiyi birinə zorla ərə vermək istədiyi üçün o intihar edib.