:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mikayıl Cabbarov: “Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1%-ə çatıb”

Font

Bu ilin I yarısında Vergilər Nazirliyi icmal büdcəyə 4,954 milyard manat vəsait təmin edib.

Bu barədə Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə nazir Mikayıl Cabbarov məlumat verib.

"Bunun 3,633 milyard manatı vergi və dövlət rüsumlarıdır, 1,321 milyard manatı isə məcburi sosial sığorta və işsizlikdən sığorta haqqıdır. Bu, müvafiq olaraq 108,8% vergilər üzrə və müvafiq olaraq 112,5% və 116% məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə rəqəmlərdir”, - o qeyd edib.

M.Cabbarov həmçinin bildirib ki, vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1%-ə çatıb: "Bu, 2018-ci ildəki 65,8%-lə müqayisədə əhəmiyyətli artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3% təşkil edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini üstələyir və illik proqnozun 51,1%-ni artıq icra etmişik. Qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77% özəl sektor tərəfindən təmin edilib. Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıb. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektoruna aiddir. Bu da sizin göstərişinizlə həyata keçirilən vergi güzəşti islahatının birbaşa nəticəsidir. Vətəndaşlarımızın sərəncamında yalnız bu vergi güzəştindən qalan məbləğ 6 ay ərzində 150 milyon manat təşkil edib, hansı ki, əvvəlki illərdə vergi qismində ödənilirdi. Bu proses davam edir. Bu günə olan rəqəmlər də onu göstərir ki, iyul ayında da bu proses eyni sürətlə davam edir. Aktiv obyektlərin sayında artım müşahidə edirik – 14 % aktiv, əlavə dəyər vergiödəyicilərinin sayında isə 40% artım müşahidə edirik”.

Bundan başqa, onun sözlərinə görə, 2018-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə, 2017-ci illə müqayisədə isə 6 dəfə azaldılıb: "Sevindirici hal ondan ibarətdir ki, biz həmişə özəl sektoru, ümumiyyətlə, iqtisadiyyatın, vergi siyasətinin və inzibatçılığın təsirində izləməyə çalışırıq. Özəl sektorun bank sistemində Azərbaycan manatı ilə olan hesablarında qalıq artımını nəzərinizə çatdırmaq istəyirəm. Bir il ərzində 49% artıb, ilin əvvəlindən isə 20% artıb. Bu da hesab edirik ki, həm biznesin nağdlaşmadan əməliyyatlara keçməsinin, həm də ölkə iqtisadiyyatına olan inamın göstəricisidir”.