:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Amerikalı senator Cavad Zərifə qarşı sanksiyanı səhv addım adlandırıb

Font

ABŞ administrasiyasının İranın XİN rəhbəri Cavad Zərifə qarşı sanksiya tətbiq etməsi yanlış qərardır.

"TASS” agentliyi xəbər verir ki, bu barədə Konqres Senatının hüquq komitəsinin baş demokratı Dayenn Faynstaynın yazılı şəkildə yayılmış açıqlamasında deyilir.

"Administrasiyanın bu gün İranın xarici işlər naziri Cavad Zərifə qarşı sanksiya tətbiq etməsi səhv qərardır. Mən Zəriflə 15 ildən çoxdur tanışam. Doğrudur, onunla fikirlərimiz üst-üstə düşməyib, ancaq o həmişə ixtisaslı diplomat olub”, - senator belə deyib.

Onun sözlərinə görə, Trampın addımı rəsmi Tehranın masa arxasına qayıtması imkanlarını məhdudlaşdırır: "Qərar bizi sülhə yaxınlaşdırmır, onsuz da gərgin olan vəziyyəti daha da sərtləşdirir”.

"İranla uzunmüddətli diplomatik nizamlanma əldə etməyin yeganə yolu danışıqlar aparmaqdır, onun yüksək vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq etmək çıxış yolu deyil”, - deyə senator əlavə edib.