:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"S-400"lərin Türkiyəyə çatdırılmasının növbəti mərhləsi 2020-ci ildə olacaq

Font

Rusiyadan S-400" zenit raket kompleksinin Türkiyəyə göndərilməsinin ikinci mərhələsi 2020-ci ildə reallaşa bilər.

TASS agentliyi verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmayıl Dəmir deyib.

İsmayıl Dəmir əlavə edib ki, 2021-ci ildən etibarən "Hisar-A", "Hisar-O" və "Sipe"r zenit-raket kompleksləri də tədricən istifadəyə veriləcək.

Türkiyənin beşinci nəsil F-35 hərbi təyyarələrinin yaradılması proqramından çıxarılması ehtimalına toxunan Türkiyə rəsmisi bildirib ki, ABŞ-ın Türkiyəni bu proqramdan çıxarmağa hüququi əsasları yoxdur və belə bir qərar rasionallıqdan uzaqdır.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan"S-400"-lərin Türkiyəyə gətirilməsi prosesinin 2020-ci ilin aprelinədək yekunlaşacağını bildirmişdi.