:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstan prezidenti: “Azərbaycanla sərhəd komissiyasının effektiv fəaliyyət göstərməsinə imkan verilməlidir”

Font

"Gürcüstan prezidenti hesab edir ki, Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın sakit və effektiv mühitdə fəaliyyət göstərməsinə imkan verilməlidir”.

Bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatia Moistsrapişvili brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfində komissiyanın fəaliyyətinin bu gün və ya sabah başa çatacağı ilə bağlı illüziyası yoxdur: "Lakin əldə etmək istədiyimiz nəticələrə nail olmaq üçün komissiya sakit mühitdə işləməlidir”.