:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İngiltərədə oyunlar zamanı futbolçuların müvəqqəti kənarlaşdırılma qaydası tətbiq olunub

Font

İngiltərənin bəzi liqalarında 2019/2020 mövsümündən futbolçuların müvəqqəti qovulmaları tətbiq olunacaq.

İngiltərə Futbol Federasiyasının rəsmi saytı xəbər verir ki, belə kənarlaşdırılmalar "cəriməlilər skamyası" adlandırılacaq. Oyunçular bu cür cəzaları meydanda hakimlərin qərarları ilə mübahisələrə görə alacaqlar.

Dəyişiklik məcburi qaydada kişilərdə 5-ci, qadınlarda isə 3-cü liqayadək həyata keçiriləcək. Hakimlərin qərarı ilə mübahisə edəcək oyunçulara sarı vərəqə göstəriləcək və baş hakim onlara cərimə skamyasına yönəlmələri üçün göstəriş verəcək. İki belə müvəqqəti kənarlaşdırılma oyunçunun birdəfəlik qovulmasına səbəb olacaq.