:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Neymar zorlama ilə bağlı ittihamlar üzündən məhkəmədən xilas oldu

Font

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymara zorlama ilə bağlı ittiham irəli sürülməyəcək.

Polis araşdırması zamanı 27 yaşlı hücumçunun cinayət törətməsi ilə bağlı heç bir sübut üzə çıxmayıb.

Əvəzində futbolçunu ittiham edən qızın ifadələrində bir-birinə zidd fikirlər aşkarlanıb. Bununla da Neymarın üzərindən bütün şübhələr götürülüb və o, məhkəmə önünə çıxmayacaq.

Qeyd edək ki, braziliyalı model Najila Trindadi Neymarı zorlamada ittiham edirdi. O, mayın 15-də Parisdəki otellərin birində futbolçu tərəfindən zorakılığa məruz qaldığını əsas gətirirdi. Model San-Paulunun polis bölməsinə şikayət yazsa da, Neymar ilk gündən ittihamları təkzib edib və bütün bunların pul qopartmağa xidmət etdiyini bildirirdi.