:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səfirlik Rostov vilayətində yol qəzasında yaralanan həmvətənlərimizlə mütəmadi əlaqə saxlayır

Font

29 iyul 2019-cu il tarixində saat 08:10 radələrində Rusiya Federasiyasının Rostov vilayətində, M-4 "Don” avtomobil yolunun 958-ci kilometrində yol nəqliyyat hadisəsi baş vermişdir.

Bununla bağlı, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş idarəsindən Səfirliyə daxil olmuş məlumata əsasən, Allahverdili Eşqin Elxan oğlunun idarə etdiyi 20 EB 289 dövlət nişanlı nəqliyyat vasitəsi Demçenko Aleksandr Nikolayeviçin idarə etdiyi yük maşını ilə toqquşmuşdur.

Toqquşma nəticəsində 20 EB 289 dövlət nişanlı nəqliyyat vasitəsinin sürücüsü Allahverdili Eşqin Elxan oğlu və sərnişini Musayeva Zəmanə İsmayıl qızı dünyasını dəyişmişdir.

Qeyd olunan avtomobilin digər sərnişinləri: Məmmədova Vaxilo Qərib qızı, Cəfərova Nuran Yafi qızı, Salayev Bəxtiyar Vatamur oğlu, Gözəlov İlkin Heydər oğlu, Rufullayev Rauf Faziq oğlu, Təmirov Emil Affar oğlu, Musayev Zaur Nazim oğlu və Mustafayev Namaz İlham oğlu müxtəlif dərəcəli xəsarətlər almış və Rostov vilayətinin Zverevo şəhərinin Mərkəzi xəstəxanasına yerləşdirilmişdirlər.

Bildiririk ki, Səfirlik yaralanan həmvətənlərimizlə mütəmadi əlaqə saxlayır və məsələ nəzarətdədir.

Onu da qeyd edirik ki, Rusiya tərəfinin təqdim etdiyi siyahıda sadalanan ad və soyadlarda qeyri-dəqiqlik ola bilər.