:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Moldovada parlament və hökumət üzvlərinin Rusiyaya getmək qadağasına son qoyulub

Font

Moldovada 2017-ci ilin mart ayından qüvvədə olan parlament və hökumət üzvlərinin Rusiyaya səfər etməsi qadağası aradan qaldırılıb.

Bunu Moldova prezidenti İqor Dodon "RTR Moldova” telekanalının canlı yayımında deyib.

O bildirib ki, qadağa ləğv ediləndən sonra ikitərəfli məsələləri müzakirə etmək mümkündür.

Dodonun sözlərinə görə, Rusiyanın baş naziri Dmitri Medvedev Moldova Nazirlər Kabinetinin rəhbəri Maya Sandanı səfərə dəvət edib.