:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aİ: Son 10 ildə “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq səmərəli olub

Font

"Son 10 il ərzində Avropa İttifaqına üzv ölkələr və Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Ermənistan arasında gücləndirilmiş əməkdaşlıq səmərəli olub. Bu əməkdaşlıq çərçivəsində vətəndaşlar üçün konkret addımlar atılıb”.

Bu fikirlər Avropa İttifaqının (Aİ) rəsmi saytında yer alıb.

Bildirilib ki, "2020-ci il üçün 20 praktiki nəticə” adlı birgə islahat gündəminin sayəsində regionda daha güclü iqtisadiyyat qurulub, daha güclü idarəçilik, əlaqələr və cəmiyyətlər formalaşdırılıb: "Bu il mayın 14-də "Şərq Tərəfdaşlığı” proqramının 10-cu il dönümünə həsr olunmuş yüksək səviyyəli konfransda Avropa İttifaqı Komissiyasının prezidenti Jan-Klod Yunker proqramın gələcəyinə dair müzakirələrə start verib. Bu kontekstdə də Avropa İttifaqı Şurası Komissiyaya "Şərq Tərəfdaşlığı” proqramının gələcəyinə dair təkliflər irəli sürməyi tapşırıb”.

Qeyd olunub ki, oktyabrın 31-nə kimi Aİ-yə üzv ölkələr və "Şərq Tərəfdaşlığı” proqramının üzvləri, beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə institutları, gənclər, media nümayəndələri 2020-ci ildən sonra proqramın gələcəyinə dair fikirlərini bölüşməyə dəvətlidirlər.

Müşavirə tipli tədbirlər oktyabrın 31-dək Aİ və tərəfdaş ölkələrdə keçiriləcək.