:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ÜST: "2030-cu ilə qədər 4,5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər"

Font

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit ilə bağlı hesabatını açıqlayıb.

Bu barədə təşkilatın araşdırmalar şöbəsinin müdiri Mark Baltreys bildirib ki, dünyada 325 milyondan çox insan Hepatit B və C virusuna yoluxub.

Belə ki, 257 milyondan çox insan hepatit B, 71 milyon xroniki Hepatit C infeksiyası ilə yaşayır. Ümumən 430 milyon insan lazımi müalicə almasa xəstəlikdən öləcək.

Mark Baltreys onu da vurğulayıb ki, xəstəliyə qarşı mübarizəyə ildə 6 milyard dollar sərmayə qoyulmasa, 2030-cu ilə qədər 4.5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər.