:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Neftçi" Avropa Liqasında "Arsenal"ı səfərdə məğlub edib

Font

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları olub.

Topaz Premyer Liqasının gümüş mükafatçısı "Neftçi” klubu Rusiya "Arsenal”ı ilə üz-üzə gəlib.
İlk mərhələdə Moldova təmsilçisi "Speranta”nı darmadağın edən (3:0, 6:0) Roberto Bordinin yetirmələri Tula təmsilçisi ilə ilk qarşılaşmanı səfərdə keçirib.

Bakılılar evdə çətinliklə üzləşməmək üçün səfərdə qənaətbəxş nəticəyə imza atıblar. "Ağ-qaralar" rəqiblərini 1:0 hesabı ilə məğlub ediblər.

Görüşdə yeganə qolu 45-ci dəqiqəsində Dario Frederiko vurub. Bu qoldan sonra təzyiqi artıran Bakı təmsilçisi bir neçə epizodda fərqlənməyə yaxın olsa da, hesab dəyişməyib. "Arsenal" da təhlükəli epizodlarla diqqət çəkib. Lakin qapıçımız Səlahət Ağayevin inamlı çıxışı rəqibin fərqlənməsinə imkan verməyib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 1-də Bakıda olacaq.