:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkmənbaşı şayiələrdən sonra ilk dəfə ictimaiyyət arasına çıxdı

Font

Türkmənistan Prezidenti Qurbaqulu Berdiməhəmmədov uzun müddətdən və ölümü haqda şayiələrdən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.

Yerli KİV bildirir ki, Berdiməhəmmədov 9 günlük fasilədən sonra dövlət televiziyasında çıxış edib və gələcəkdə Aşqabad şəhərində reallaşdırılacaq bir sıra tikinti layihələrini təsdiqləyib.

Qeyd edək ki, Berdiməhəmmədovun ölüm xəbəri 21 iyulda Rusiya mətbuatı tərəfindən yayılmışdı. Mətbuatda xəbərin əsas mənbəyi olan türkmən müxalif ekspert Aslan Rubayev sonradan Berdiməhəmmədovdan üzr istəmişdi.