:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirməyi qərara alıb

Font

"Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, "Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Qeyd edilib ki, Bakı- Nyu-York reysləri ("JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu Boeing 787 Dreamliner təyyarələri ilə yerinə yetiriləcək.