:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Zaqatalada iki körpə sirkə turşusundan zəhərlənib

Font

Zaqatalada zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Sumaylı kənd sakini, 2018-ci il təvəllüdlü Faiq Şaiq oğlu Qurbanov və Yuxarı Tala kənd sakini 2017-ci il təvəllüdlü Ramazan Rafik oğlu Sərkərzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı hər iki körpənin yaşadıqları ünvanda nəzarətsiz qalaraq sirkə turşusu içdiyi məlum olub. Xəstəxananın
Reanimasiya şöbəsinə yerləşdirilən F.Qurbanov və R.Sərkərzadəyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib, müalicələri davam etdirilir.