:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İsmayıllı sakini həyat yoldaşına görə intihar edib

Font

İsmayıllı rayon sakini yoldaşına görə özünü asaraq intihar edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Aşağıbaş adlanan ərazisində baş verib. Rayon sakini Sədiyar Şükürlü yaşadığı evin həyətində tikilidən asıb.

Mərhumun yaxınlarının sözlərinə görə, tez-tez ailədaxili münaqişələr olduğu üçün mərhumun həyat yoldaşı atası evinə gedib.

Yoldaşını gətirmək üçün qayınatası gilə gedən S.Şükürlü yoldaşının onunla gəlmədiyindən qəzəblənərək evinə qayıtdıqdan sonra intihar edib.

Qeyd edək ki, cütlük 5 il əvvəl ailə qurub, bu evlilikdən 4 yaşlı övladları var.

Faktla bağlı araşdırma aparılır.