:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fondun və Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə yeni müsabiqə elan olunub

Font

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəhbərliyilə görüşüb, qurumun fəaliyyətilə yaxından tanış olublar.

Tədbirdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Fondun icraçı direktoru Vüqar Səfərli, eləcə də ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov media nümayəndələrini salamlayaraq qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb. Fondun təşkilatçılığı ilə bununla ikinci dəfədir ki, aparıcı media rəhbərlərinin komitə rəhbərliyi ilə görüşdüyünü diqqətə çatdıran Tahir Budaqov belə tədbirlərin qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib.

Komitə sədri, həmçinin vurğulayıb ki, görüşün təşkilində məqsəd əhalinin siyahıyaalınması prosesi ilə bağlı media nümayəndələrinə və ümumən ictimaiyyətə dolğun informasiya vermək, onları görülmüş və qarşıda görüləcək işlərlə bağlı geniş məlumatlandırmaqdır: "Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli, 1040 nömrəli Fərmanına əsasən, cari ilin 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Fərmanın icrasının təmini məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında" 2016-cı il 16 dekabr tarixli, 517 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, eləcə də aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib. 2019-cu ildə "Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı"na uyğun olaraq, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsini və onun keçirilməsini, yekunlarının işlənməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsində Siyahıyaalma qrupu yaradılıb".

Tahir Budaqov bildirib ki, prosesin mütərəqqi dünya təcrübəsi əsasında, mükəmməl formada aparılması üçün ölkəmizdə akkreditə olunmuş beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Əhali Fondunun, Uşaq Fondunun, İnkişaf Proqramının, Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşlər keçirilib, əhalinin siyahıyaalınması ilə bağlı əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Komitə sədri qeyd edib ki, siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək: "Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə altsuallar da daxil olmaqla 46 sual nəzərdə tutulub. Məşğulluq sahəsində milli qanunvericiliyə və Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş beynəlxalq metodologiyalara əsaslanaraq sorğu vərəqəsinə işçi qüvvəsini, həmçinin potensial işçi qüvvəsini, əhalinin məşğulluğunu, o cümlədən özünüməşğulluğunu, işsizliyini, iqtisadi qeyri-fəallığını və öz şəxsi istehlakı üçün mal istehsalı ilə məşğul olanları müəyyən edən bir sıra suallar daxil edilib. Bu suallar əsasında iqtisadi və inzibati rayonlar üzrə peşə və vəzifələr, iqtisadi fəaliyyət növləri, cins və yaş bölgüsündə işçi qüvvəsinə dair əldə olunacaq məlumatlar ölkədə əmək ehtiyatlarının istifadəsinin əhatəli qiymətləndirilməsinə və əmək bazarında mövcud vəziyyəti daha geniş təhlil etməyə imkan verəcək".

Komitə sədri vurğulayıb ki, əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq: "Əhalinin siyahıyaalınmasının məlumatlarının elektron məlumat sisteminə daxil edilməsi, işlənməsi və yekunların əldə edilməsi məqsədi ilə məsələ qoyuluşu, çıxış cədvəllərinin nümunələri, kodlaşdırma soraqçaları və siyahıyaalma ilə bağlı müvafiq proqram təminatı hazırlanıb".

Çıxışını davam etdirən Tahir Budaqov bildirib ki, əhalinin siyahıyaalınması ilə bağlı ictimaiyyətin əhalinin məlumatlandırılması məqsədilə təşviqat materialları (baner, plakat və videoçarxlar) hazırlanıb. Plakat və banerlərin yerləşdirilməsi üçün yerli icra hakimiyyətlərinə müraciət edilib və onların dislokasiyası müəyyən edilib: "Hazırlanmış videoçarxlar televiziya kanallarında və aparıcı elektron media vasitələrində, eyni zamanda Bakı Metropoliteninə və Dövlət Reklam Agentliyinə məxsus monitorlarda yayımlanır. Dövlət Statistika Komitəsi mütəxəssislərinin əhalinin siyahıyaalınmasına aid müxtəlif mövzularda məqalələri "Xalq qəzeti"ndə dərc edilib.
Komitə sədrinin sözlərinə görə, proses başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə məlumatların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək: "Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında məcmuələrin nəşrə hazırlanması 2021-ci ildə, siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması isə 2022-ci ilin birinci yarısında nəzərdə tutulub".

Sonra söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor tədbir iştirakçılarını salamlayaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən birgə tədbirlərin, o cümlədən fərdi jurnalist yazıları müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Vüqar Səfərli bildirib ki, Dövlət Statistika Komitəsində təşkil olunmuş sayca ikinci görüş KİV-lərlə Komitə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, ictimaiyyətin əhalinin siyahıyaalınması prosesi ilə bağlı görüləcək işlər barədə dolğun şəkildə məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.

Vüqar Səfərli həmçinin bildirib ki, əhalinin siyahıyaalınması hər bir ölkənin sosial-iqtisadi inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi və bir sıra problemlərin həlli baxımından vacib əhəmiyyət kəsb edən prosesdir. İcraçı direktor əhalinin siyahıyaalınması prosesinin mahiyyətinin ictimaiyyətə dolğun şəkildə çatdırılması və əhalinin maarifləndirilməsi baxımından KİV-lərin də üzərinə mühüm vəzifələrin düşdüyünü bildirərək jurnalistləri bu məsələyə həssaslıqla yanaşmağa çağırıb.
İcraçı direktor bildirib ki, prosesin ayrı-ayrı mərhələləri barədə ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması və peşəkar jurnalist əməyinin stimullaşdırılması məqsədilə Fondun və Dövlət Statistika Komitəsinin birgə təşkilatçılığı ilə iyulun 22-dən oktyabrın 22-dək "Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi" mövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Bunda məqsəd həm də əhalinin növbəti siyahıyaalınması ilə bağlı maarifləndirmə tədbirlərinə töhfə vermək, prosesin sosial-iqtisadi əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaq və təşviqat işlərini stimullaşdırmaqdır.
Daha sonra görüş diskussiya formatında davam etdirilib, komitə sədri media rəhbərlərini maraqlandıran sualları ətraflı cavablandırıb.
Fondun icraçı direktoru Vüqar Səfərli görüşün və birgə müsabiqənin təşkilinə verdiyi dəstəyə görə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova təşəkkürünü bildirib.
Komitə sədri Tahir Budaqov öz növbəsində Fondun rəhbərliyinə və media nümayəndələrinə minnətdarlığını bildirərək belə görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdikləri fərdi jurnalist yazıları müsabiqəsinin

E L A N I

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsivə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu1-10 oktyabr 2019-cu il tarixində keçiriləcək əhalinin növbəti siyahıyaalınması ilə bağlıtədbirlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması məqsədiləbirgə fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi

Azərbaycanda 1-10 oktyabr 2019-cu il tarixində keçiriləcək əhalinin növbəti siyahıyaalınması ilə bağlı maarifləndirmə tədbirlərinə töhfə vermək, əhalinin siyahıyaalınmasının əhəmiyyəti haqqında ictimaiyyəti geniş məlumatlandırmaq və əhali arasında təşviqat işlərini stimullaşdırmaq.

Müsabiqənin mövzusu

"Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi”

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər.

4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməlidir.

5. Dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsivə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir

Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzet və ya saytlar.

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər və ya saytlar (1 il müddətində).

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər və ya saytlar (6 ay müddətində)

Yazıların qəbul qaydaları

1.Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə

2.Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə

4.Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)

Tələb olunan sənədlər

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi.

2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzasıilə)

3. Şəxsiyyət vəsiqəsininsurəti,

4. Şəxsi VÖEN və surəti ,

5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir).

Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu22iyul2019-cu il tarixində başlayır,22 oktyabr2019-cu il tarixində başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat);

II yer üçün 2 nəfər (700 manat);

III yer üçün 3 nəfər (500 manat)

yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, 10 yazı müəllifinə (hər biri200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.

Qaliblər, həmçinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsivə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi

Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.