:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyənin F-35 proqramından tam kənarlaşdırılacağı vaxt açıqlanıb

Font

Türkiyənin F-35 proqramında iştirakı 2020-ci ilin martında tamamən dayandırılacaq.

"RİA Novosti” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ müdafiə nazirinin müavini Ellen Lord deyib.

Onun sözlərinə görə, ABŞ 2018-ci ildən təxminən 900 komplekt hissənin tədarükünü həyata keçirəcək alternativ ölkənin axtarışı ilə məşğul olub, buna görə də Türkiyənin proqramdan kənarlaşdırılması onun icrasına minimal təsir göstərəcək. Buna qədər həmin 900 hissənin çatdırılmasını Türkiyə öz öhdəliyinə götürmüşdü.

Qeyd edək ki, Türkiyənin F-35 proqramından xaric edilməsi bu ölkənin Rusiyadan S-400 ZRK almasına rəsmi Vaşinqtonun göstərdiyi reaksiyadır. Bundan sonra ABŞ-da proqram üzrə təlimlər keçən türk pilotlar da ölkəni tərk etməli olacaq.