:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

AVRO-2020-nin bilet satışında rekord qeydə alınıb

Font

AVRO-2020-nin final mərhələsinə bilet satışının birinci mərhələsi rekordla əlamətdar olub.

UEFA 19 milyon 300 min bilet üçün müraciət alıb.

AVRO-2016-nın analoji dövründə bu rəqəm 11 milyon olub. 2020-ci il iyulun 12-də Londonun "Uembli” stadionunda keçiriləcək finala bilet əldə etmək istəyənlərin sayı 1,9 milyon təşkil edib. Bu, stadionun tutumundan təxminən 22 dəfə çoxdur.

Qeyd edək ki, AVRO-2020-nin dörd oyunu Azərbaycanda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın bir matçına ev sahibliyi edəcək.