:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadəyə görə diskvalifikasiya olunub

Font

Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytının məlumatına görə, atlet Azər Əhmədov, cüdoçular Rüfət İsmayılovla Aliyə Müslümova, ağırlıqqaldıran Orxan Zeynalov və velosipedçi Kirill Pozdnyakov diskvalifikasiyaya məruz qalıb.

Belə ki, A. Əhmədovdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində metandienon metaboliti və mestanolon metaboliti tapılıb. O, bu səbəbdən 18 ay cəzalandırılıb. A. Əhmədovun diskvalifikasiya müddətinin artıq bitdiyi də qeyd edilib. 2017-ci il noyabrın 23-dən cəzası hesablanan atletə bu il mayın 23-də yarışlarda iştirak icazəsi verilib.