:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tusk: “Şərq tərəfdaşlığı” konfliktlərin həlli üçün mexanizm deyil”

Font

"Şərq Tərəfdaşlığı” çox çətin siyasi kontekstdə yaradılıb və inkişaf etdirilib. Biz bilirik ki, tərəfdaş ölkələrdə çox ciddi təhlükəsizlik problemləri var".

Bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Batumidə "Şərq Tərəfdaşlığı”nın 10-cu ildönümü münasibəti ilə keçirilən 1-ci investisiya forumunda deyib.

O bildirib ki, bununla belə Avropa İttifaqı tərəfdaş ölkələrdə olan təhlükəsizlik məsələlərinin gücləndirilməsində və stabilliyin bərqərar olunmasında maraqlıdır.

"Təhlükəsizliklə bağlı nümunə kimi Gürcüstanı göstərmək olar. Baxmayaraq ki, "Şərq Tərəfdaşlığı” konfliktlərin həlli üçün bir mexanizm deyil, onun öz dəyərləri var. Bu dəyərlər əsasında o, tərəfdaş ölkələrdə stabilliyin yaranmasına, müxtəlif çətinliklərə və problemlərə dözümlülüyün artırılmasına çalışır. "Şərq Tərəfdaşlığı” sülh təşəbbüskarıdır və heç bir ölkəyə qarşı düşmən münasibətdə deyil. Əksinə, onun məqsədi üzv ölkələrdə qanunların aliliyi, ədalət, təşkilatlanmış sistemlər yaratmaqdır. Mən qeyd etməliyəm ki, biz siyasi əməkdaşlığımızı daha da sürətləndirəcəyik”, - D. Tusk qeyd edib.