:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Peskov: “Gürcüstana uçuşların bərpa olunmasından danışmaq tezdir”

Font

"Kremldə əmindirlər ki, gec-tez Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatı bərpa olunacaq”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatının bərpa olunmasından danışmaq hələ tezdir: "Əlbəttə ki, uçuşların bərpa olunmasını istisna etmək olmaz. Ümid edirik ki, gec-tez bu baş verəcək. Lakin indi bu haqda danışmaq tezdir. Çünki, Gürcüstanda rusiyalılar üçün təhlükə qalmaqdadır”.