:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Donald Tusk: "Avropa İttifaqı və Azərbaycan ildən-ilə daha da yaxınlaşır"

Font

"Avropa İttifaqı və Azərbaycan ildən-ilə daha da yaxınlaşır. Əlaqələrimiz daha da aktivləşib və bugünkü səfərim buna daha bir bariz nümunədir".

Bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfəri çərçivəsində deyib.

D.Tusk xatırladıb ki, 2018-ci ildə Aİ və Azərbaycan tərəfdaşlıq prioritetlərini təsdiq ediblər.

"Vahid aviasiya məkanı barədə Saziş, eləcə də Aİ ilə Azərbaycan arasındakı yeni saziş üzrə danışıqlarımız başa çatmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq, siyasi, işgüzar və mədəni əlaqələrimiz isə daha da dərinləşəcək. Təbii ki, sözün əsl mənasında bizi birləşdirən Cənub Qaz Dəhlizi layihəsini də unutmamalıyıq. Bu müsbət təkan tərəfdaşlığımızı daha da yüksək səviyyəyə çıxarmalıdır", - D.Tusk bildirib.

Avropa İttifaqı Şurasının prezidenti həmçinin qeyd edib ki, Azərbaycan özünü nəqliyyat-logistika mərkəzinə çevirmək üçün ciddi addımlar atıb.


"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur, yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər”.

 Avropa İttfaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüşün yekununda söyləyib .

"Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının başlıca prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı çözümə yönələn səylərini hərtərəfli dəstəkləməyə davam edir”, - D.Tusk qeyd edib.

"Bütövlüklə gərginliyin səngiməsindən razıyıq, amma təmas xəttindəki son ölümlərdən həmsədrlər kimi biz də narahatlıq keçiririk. Sülhə yol açan, səmərəli danışıqlar üçün zəmin yaradan ab-havanın bərpası ilə yanaşı, təmkinli olmaq da mühümdür. Aİ də sülhün bərqərar olunmasına dair addımları dəstəkləyərək əhalini barışığa hazırlamaqla bağlı konkret tədbirlərə dəstək verməyə hazırdır”, - AŞ-nin rəhbəri vurğulayıb.

"Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir".

Bunu da Avropa Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüşün yekununda deyib.

"Azərbaycan unikaldır. Siz ənənəni və müasirliyi birləşdirirsiniz. Bugünkü mürəkkəb geosiyasi landşaftda strateji mövqeyinizə görə həm Şərqə, həm də Qərbə baxırsınız", - D.Tusk bildirib.