:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Turistlər üçün Venesiyaya giriş haqqı təxirə salındı

Font

Turistlər üçün Venesiyaya giriş haqqı 2020-ci il yanvar ayının 1-dək təxirə salınıb.

ANSA agentliyi xəbər verir ki, bu barədə şəhər rəsmiləri məlumat yayıb. Venesiya meri Luici Bruqnara bu yaxınlarda ANSA Foruma açıqlamasında verginin yalnız birgünlük səfər üçün alınacağını bildirib. Qeyd edib ki, vergini Venesiyaya yalnız bir günlük gələnlər ödəyəcək. Vergi qatar, taksi, avtobus və qayıq kimi nəqliyyat vasitələrindən istifadəyə görə alınacaq və bu şəhərdə qalmasına görə indiyədək vergi ödəməyənlərə də şamil olunacaq.

Toplanmış pullar şəhərin təmizliyinə sərf ediləcək.