:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elmar Məmmədyarov: "Müstəqilliyimizi, suverenliyimizi gücləndirməliyik"

Font

"Biz Azərbaycanın müstəqilliyini, suverenliyini gücləndirməliyik".

Bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində "Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən konfransda deyib.

Nazir bildirib ki, ölkənin müstəqilliyini, suverenliyini gücləndirmək xarici siyasətin ən vacib prioritetlərindən biridir.

Perudan səfərdən yenicə qayıtdığını xatırladan E. Məmmədyarov qeyd edib ki, keçirdiyi bütün görüşlərin ana xəttini enerji təhlükəsizliyi ilə bağlı məsələlər təşkil edib.

"1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin hətta Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyət göstərib".

Bunu da Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində "Azərbaycan diplomatik orqanlarının yaradılmasının 100 illiyinə" həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, AXC hökumətinin Ukraynada, Polşada, Gürcüstanda, İranda, Fransada, Polşada diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.