:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Braziliya Amerika Kubokunun qalibi oldu

Font

Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.

Finalda Braziliya və Peru yığmaları üz-üzə gəlib. Rio-de-Janeyrodakı "Marakana" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 15-ci dəqiqədə Everton açıb. 44-cü dəqiqədə Paolo Gerrero penaltidən bərabərlik qolunu vurub. 45+3-cü dəqiqədə Qabriel Jezus yenidən Braziliyanı önə çıxarıb.

O, 70-ci dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoysa da, Braziliya millisi 88-ci dəqiqədə Rişarlisonun penalti qolu ilə yekun nəticəni müəyyənləşdirib.

Bununla da Braziliya millisi tarixində 9-cu dəfə Amerika Kubokuna sahib olub.