:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın xaricdəki səfirlik, konsulluq və nümayəndəliklərinin sayı açıqlanıb

Font

​​​​​​​Azərbaycan 183 xarici dövlətlə diplomatik əlaqələr qurub.

Bu barədə Prezident Kitabxanasının "Azərbaycan diplomatiyası" adlı elektron resursunun təqdimatı zamanı məlumat verilib.

Bildirilib ki, Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu, 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi fəaliyyət göstərir.

Qeyd olunub ki, Azərbaycanda isə 66 ölkənin səfirliyi və 3 ölkənin 4 baş konsulluğu, 13 ölkənin fəxri konsulluğu, 21 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyətdədir.