:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tbilisidə etirazlar zamanı xəsarət alanlar xaricə müalicəyə göndəriliblər

Font

Tbilisidə iyunun 20 və 21-də keçirilən etiraz aksiyası zamanı xəsarət alan 3 şəxs xaricə müalicəyə göndərilib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi köçkünlərin işləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin şəxslərin ikisi İsrail, biri isə Türkiyəyə yola salınıb.

Məlumata görə, aksiya zamanı xəsarət alan iki polis əməkdaşı Türkiyə, iki vətəndaş Almaniya, digər iki şəxs isə İsraildə müalicələrini davam etdirilər.

Müalicə xərclərini hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus "Kartu” Fondu öz üzərinə götürüb.